Türkiyənin yeni daxili işlər naziri:"Mənim üçün də sürpriz oldu"

Türkiyənin daxili işlər naziri Əfqan Ala tutduğu vəzifəsindən istefa verib.
 Türkiyə mediasının verdiyi xəbərə görə, Əfqan Ala baş nazir Binali Yıldırımla birlikdə prezident Rəcəp Tayyip Ərdoğanla prezident sarayında görüşdən sonra istefa qərarını alıb.
Baş nazir Binali Yıldırım görüşdən sonra mətbuata açıqlamasında Əfqan Alanın yerinə Əmək və sosial təminat naziri Süleyman Soylunun təyin edildiyini açıqlayıb.
Süleyman Soylu ilk şərhində "Mənim üçün də sürpriz oldu" deyib.