Türkiyəyə 31 min rus gəlib

Bu rəqəm keçən illə müqayisədə 80 faiz azdır



Son dövrlər Rusiya ilə yaşanan gərginlik və PKK terror təhlükəsi Türkiyənin ən gəlirli sahəsinə, turizm sektoruna ciddi zərbə vurub. Aparılan araşdırmalara görə, büdcəyə böyük gəlir gətirən turizm sahəsi 17 il ərzində görünməmiş bir böhran yaşayır.

2016-cı ilin aprel ayının statistikasına əsasən, ölkəyə gələn turistlərin sayı keçən illə müqayisədə ümumilikdə 30 faiz azalıb. Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, Türkiyəyə gələn turistlər son 9 ay ərzində azalan xətt üzrə getməkdədir. Xüsusən Rusiyadan gələn

turistlərin sayında xeyli azalma müşahidə olunmaqdadır. Halbuki son aylara qədər qardaş ölkəni ən çox ziyarət edən xalqlar arasında ruslar birinci yerdə dayanırdı. Amma təyyarə olayından sonra rusların böyük əksəriyyəti Türkiyəyə gəlməkdən imtina ediblər. Turizm Nazirliyinin məlumatında göstərilir ki, 2016-cı ilin aprel ayının statistikasına görə, Türkiyəyə 31 min rus gəlib. Bu rəqəm keçən illə müqayisədə yüzdə 80 faiz azdır. Xatırladaq ki, rusların Türkiyədə ən çox üz tutduqları məkan İstanbul, Antalya, Ədirnə, Artvin və Muğla şəhərləridir.

İsmayıl