Türkiyəyə düşən meteoritdə “həyat iz”ləri tapılıb





NASA və İstanbul Universitetinin elm adamları, 1964-cü ildə Çanaqqalaya düşən meteoritin araşdırmasını tamamlayıb. İlk dəfə Türkiyəyə düşən bir meteorda, insan izləri olan amin turşusu aşkarlanıb.

Dünyaya ildə təxminən 500 meteor düşdüyünü dilə gətirən alim, "Bunların ancaq yüzdə 10-u əldə edilə bilir. Geri qalanı göllərə, dənizlərə, səhralara, okeanlara və qütblərə düşür. Dünyada bu günə qədər 50 mindən çox meteor əldə edilib. Bunun əksəriyyəti də buzlaqlarda əldə edilib. Namibyaya 80 min il əvvəl düşdüyü təxmin edilən 60 ton ağırlığındakı HOBA meteoru dünyada məlum olan ən böyük meteordur " deyib.