Türklər kəfənlə, tabut olmadan dəfn oluna biləcəklər
03:51 31.03.2021
Arxiv
731
Almaniyanın Bavyera əyalətində yaşayan türklərin 60-cı illərdə kəfənlə dəfn olunma qərarı yenidən gündəmə gəlib.
2019-cu ildə tabutla və kəfənsiz bir şəkildə dəfn olunma qəbul olunsa da, həyata keçirilə bilməmişdi.
Dövlət Səhiyyə Naziri Klauz Holetsçekin tabut olmadan kəfənlə dəfn olunmağın 2021-ci il 1 aprel tarixindən reallaşacağını söyləyib.
İlk Türk mənşəli və Bavyera Dövlət Məclisinin yeganə millət vəkili olan Arif Daşdələn bu qərarın qəbul edilməsi üçün xeyli mübarizə aparıb.
Sonda əziyyətinin bəhrə verdiyini deyən A.Daşdələn bunları söyləyib:
"Parlamentə seçildiyimdən bəri, 8 ildir ki, yalnız türk ana dili dərsləri, eləcə də kəfənlərlə dəfn olunma mövzusuna diqqət ayırdım.
Türk ana dili dərslərində daha uğurlu ola bilmədim, amma bu gün türk soydaşlarımızın kəfənlə, yəni tabut olmadan dəfn oluna bilmələri haqqında qərarın qəbul edilməsinə nail oldum. Bunun üçün çox xoşbəxtəm. Bu xoş xəbəri Bavyeradakı bütün müsəlmanlara vermək istəyirəm. Burada yalnız 1 apreldən sonra vəfat edən qohumlarımızı kəfənlə dəfn edə bilərik".
Qeyd edək ki, Almaniyada illərdir dünyasını dəyişən müsəlman türk vətəndaşları kəfənlə, lakin tabutun qapağı açıq şəkildə torpağa basdırılırdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya