Tutdu, buraxmadı: Qadını xəstəxanaya qolunda köpəkbalığı ilə apardılar

ABŞ-ın Florida ştatında gənc bir qadın çimərlikdə köpək balığının hücumuna məruz qalıb. Ancaq bu dəfəki hadisə qeyri-adi idi. Qadının qoluna ilişib qalan köpəkbalığını ayırmaq üçün bütün xilasetmə qrupları səfərbər oldu, amma xeyri dəymədi.
Boca Raton sahilində köpəkbalığı növündən bala bir köpəkbalığı gənc qadının qolunu dişləyib, buraxmadı. Köpəkbalığının hücum etməsinin səbəbi isə 23 yaşlı qadının rəfiqələri ilə birlikdə köpəkbalığını quyruğundan tutaraq onu döyəcləməsi idi. Qadının qoluna dişlərini keçirən və birləşib qalan köpəkbalığını ayırmaq üçün əvvəl sahil təhlükəsizlik qrupları, daha sonra xilasetmə işciləri səfərbər oldu. Ancaq ölü olduğu halda, qadının qolundan qopmayan köpəkbalığı ilə gənc qadın xəstəxanaya aparıldı. Adı açıqlanmayan qadın kiçik yaralarla əslində faciədən xilas oldu.