Tütün məmulatlarının reklamına qadağa qoyuldu - AZƏRBAYCANDA




Prezident İlham Əliyev "Tütün və tütün məmulatı haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyib.

Sherg.az AzərTAc-a istinadən məlumatına görə, qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının və alışqanlarının reklamı qadağan edilib.

Qanuna əlavə edilən 20.3-cü maddəyə əsasən isə tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.