ÜAK Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yaydı
14:08 10.07.2017
Arxiv
446
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Ermənistan ordusunun növbəti təxribatını pisləyən bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsinin dinc əhalisinə qarşı daha bir cinayət iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilib.
Qeyd olunur ki, hadisə nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva öldürülüb: "Dinc əhaliyə, qadınlara, uşaqlara, qocalara qarşı törədilən bu vəhşilik Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir".
Bəyənatda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni terrorçuları tərəfindən Xocalıda törədilmiş qanlı terror hadisəsinə də toxunulub, bu hadisə haqqında ətraflı məlumat verilib: "Ermənistan prezidenti Serj Sarkisyanın ifadəsi - "Xocalıya qədər azərbaycanlılar bizə qeyri-ciddi yanaşırdılar, onlar düşünürdülər ki, biz dinc əhaliyə silah qaldırmaq gücündə deyilik. Biz bu stereotipi sındıra bildik" - fikirlərinin bu ölkənin soyqırım və terror siyasəti yürütdüyünün etirafı olduğu vurğulanıb.
"Biz, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu cinayət hadisəsini qətiyyətlə pisləyir və ümid edirik ki, Rusiya Federasiyasının ictimai və siyasi təşkilatları narahatlığımızı bizimlə bölüşür. Bütün Azərbaycan xalqına, eləcə də cəbhədə həlak olmuş həmvətənlərimizin doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə bəyanatda bildirilib.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Çin və Körfəz banklarını sanksiyalarla hədələyib
03:16 15.04.2026
Dünya
Ayıq yatan insanlarda bu 3 xəstəlik inkişaf edir
02:44 15.04.2026
Sağlamlıq
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial