Üç ayda 205 nəfər dövlət qulluğunda işə başlayıb
17:04 15.08.2018
Arxiv
506
Dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrdə uğur qazanan 205 nəfər son üç ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sistemində işə qəbul olunub.
Nazirlikdən "Sherg.az"a verilən məlumata görə, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, ƏƏSMN sistemində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Dövlət İmtahan Mərkəzi vasitəsi ilə 7 fevral, 8 fevral,13 fevral və 9 iyul 2018-ci il tarixlərində müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanları edilib.
Bu elanlarda nazirlik üzrə təqdim olunan ümumilikdə 703 vakant yerə iddia edənlər arasından 381 namizəd müsahibə, ümumi müsahibə və daxili müsahibələr nəticəsində iddia etdiyi vəzifəyə uyğun hesab edilib. Son üç ayda onlardan 205 nəfəri nazirliyin Aparatında, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində və onların yerli struktur bölmələrində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunublar. Onlardan böyük əksəriyyətini gənclər təşkil edir.
Dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrdə uğur qazanmış digər şəxslərin də nazirlik sistemində işə qəbulu prosesi davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət