Üç çənəli, üç dilli buzov doğuldu

Dünyada ilk dəfə belə bir fakta rast gəlinib
Türkiyənin Ordu şəhərinin Akkuş qəsəbəsində üç çənəsi və üç dili olan buzov dünyaya gəlib.
Maldarlıqla məşğul olan Şahin Sevincin inəyi bir müddət əvvəl bala doğmuşdu. Yeni doğulan buzovun üç çənəsi və üç dili olduğunu görən və böyük çaşqınlıq yaşayan Sevinc, heyvanı On doqquz May Universiteti (OMU) Baytar fakültəsinin heyvanat xəstəxanasına gətirdi. Buzovu müayinə edən Baytar Fakültəsi cərrahı Prof. Dr. Əhməd Özak, verdiyi şərhdə, bu günə qədər belə bir fakta dünyada rast gəlinmədiyini söylədi. Buzovun, üç çənəsi və üç dili olduğu üçün anasını əmə bilmədiyini bildirən Özak, "Buzovu mədəsinə saldığımız xortumla qidalandırırıq. Normal olmayan üç çənəli və üç dilli olaraq doğulan buzovu əməliyyatla sağlamlığına qovuşduracağıq. Dünya ədəbiyyatında ilk dəfə belə bir faktla qarşılaşırıq. Görəndə çox çaşdıq, belə bir anomalı heç görməmişdik.” deyə ifadə edib. Əməliyyatın çətin olacağının vurğulayan Özak, "Buzovun ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Hələlik qidalanmasına xüsusi diqqət edirik. Lakin əməliyyatdan sonra öz başına qidalana biləcək. Əməliyyatı, sahəsində mütəxəssis olan iki baytar həkim və assistent yoldaşımla reallaşdıracağıq.’’ deyib.
Buzovun sahibi Şahin Sevinc isə ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığını dilə gətirib. "Anasını əmə bilməyən buzovun vəziyyətinə kədərləndiyim üçün heyvan xəstəxanasına gətirdim. İnşallah müalicəsi müvəffəqiyyətli olar.’’ deyə bildirib.