Ukrayna ordusu mühasirədə: 10 min Ukrayna əsgəri Debalçevo şəhərindən çıxa bilmir





 Ukraynanın şərqində rusiyameyilli separatçılar əsas məntəqələrdən birini ələ keçiriblər.
Bu barədə qondarma Donetsk Xalq respublikasının ordu rəhbərinin müavini Eduard Basurin açıqlama verib.
Onun sözlərinə görə, separatçılar Ukryananın cənub-şərqində yerləşən Debalçevo məntəqəsində nəzarəti ələ alıblar.
Basurin bildirib ki, separatçılar məntəqəni ələ keçirmək üçün bütün günü döyüşüblər.

"Hazırda Ukrayna ordusunun bölgədən çıxarılması üçün döyüşlər gedir. Döyüşçülər Artemovsk- Debalçevo avtomagistralına da nəzarət edirlər. Şəhərdə təxminən 10 min Ukrayna əsgəri var. Şəhərdən çıxa bilmirlər", deyə Basurin bildirib.