"Universitetlərin qapısı açıq olmalıdır"
15:41 22.09.2018
Arxiv
804
Məlahət Mürşüdlü: "1-2 ildən sonra yeni modelin problemləri ortaya çıxacaq"
Gələn il ali məktəbə qəbul imtahanlarının aparılması üçün yeni model hazırlanır. Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, tətbiq olunacaq yeni model ictimaiyyətə bir il əvvəl təqdim olunub.
DİM sədri qeyd edib ki, hazırda qəbul imtahanında hər ixtisas qrupu üzrə 5 fənn təqdim olunur. Gələn ildən isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endiriləcək: "Eyni zamanda, sualların təqdim olunma formatı da dəyişdiriləcək. Daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq. Keçən ilin yazında bu modelə uyğun sınaq imtahanı keçirdik. Bu imtahan 10-cu sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu-noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı keçirəcəyik”.
Yeni modellə bağlı fikirlərini "Şərq”lə bölüşən Azərbaycan Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü fənlərin sayının azaldılmasının yaxşı hal olduğunu bildirib. Ekspert bütün dünya ölkələrində qəbul imtahanlarının sadələşdirildiyini, ölkəmizdə isə mürəkkəb bir sistemin olduğunu vurğuladı:
"Ümumiyyətlə, universitet qapısının açıq olmasının tərəfdarıyam. Yaxşı olardı ki, orta məktəbin buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanları birləşdirilsin. Orta bal hesabı ilə ali məktəbə qəbulu həyata keçirmək və şagird üçün yazılı imtahan təşkil etmək daha məqsədəuyğundur. Dünya praktikasında belə qəbul imtahanı modelləri var. Bu gün DİM-in irəli sürdüyü model nəzəri məsələdir. 1-2 ildən sonra yeni modelin problemləri ortaya çıxacaq”.
Ekspertin sözlərinə görə, Türkiyə universitetlərinə qəbul olmaq asan olsa da, orda oxumaq və diplom almaq çox çətindir:
"Düşünürəm ki, universitetlərimizdə də belə model yaratmalıyıq. Bir halda ki, bizdə təhsilin 85 faizi ödənişlidir və ödənişli olduğu halda mürəkkəb modelə ehtiyac yoxdur.
Vaxtilə orta məktəblərə formativ qiymətləndirmə modelini gətirdilər. Bu gün həmin sistemin nəticəsi hər kəsə bəllidir, formativ qiymətləndirmə özünü doğrultmadı. Düşünürəm ki, ən yaxşı halda pilot layihə kimi ali məktəbə qəbul üçün yaradılan model müzakirə olunsun və daha sonra mükəmməli seçilərək bütün qruplar üzrə tətbiq edilsin”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm