Uşağın həyatına təhlükə varsa, valideynlərindən alına bilər
11:43 30.08.2017
Arxiv
389
Hüquqşünas küçədən tapılmış 4 yaşlı oğlan uşağının vəziyyətini şərh edib
Hüquqşünas Vasif Rzayev "Şərq”ə küçədə tapılmış 4 yaşlı oğlan uşağının ailəsi tərəfindən zorakılığa məruz qalması ehtimalını şərh edib. Qeyd edək ki, 4 yaşlı oğlan uşağı paytaxtın Nərimanov rayonu ərazisində 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tapılıb. Hazırda uşaq Azərbaycan Uşaqlar Birliyinin sığınacağındadır.
AUB-nin rəhbəri Kəmalə Ağazadə uşağın valideynlərinin kimliyinin məlum olduğunu deyib. K.Ağazadə bildirib ki, uşağın məhz səfil həyat tərzi keçirdiyi valideynləri tərəfindən küçəyə atıldığı, hətta dilənməyə məcbur edildiyi ehtimallar sırasındadır. Uşağın bədənində xəsarət, zorakılıq izləri də var. Lakin uşaq kiçik yaşlı olduğundan baş verənləri dolğun ifadə edə bilmir. Sadəcə, "məni əmilər döydü” deyir. K.Ağazadə uşağın ailəsinə təhvil verilməsinin əleyhinədir və bundan sonra sığınacaqda qalmasına çalışacağını da vurğulayır.
Hansı halda uşaq ailəsinin əlindən alına bilər?
Məsələni izah edən hüquqşünas Vasif Rzayev Azərbaycan Respublikası Ailə Məcəlləsinin oxşar situasiyalarda körpələrə dövlətin sahib çıxmasını təmin etdiyini bildirdi:
- Ailə Məcəlləsində həm valideynlikdən məhrumetmə maddəsi var, həm də valideynlik hüququnun məhdudlaşdırılması. 4 yaşlı oğlan uşağı ilə bağlı yaşanan situasiyada 2 məsuliyyət var. Biri cinayət məsuliyyəti, biri isə valideynlik məsuliyyətidir. Uşağa qarşı zorakılıq, uşağın sağlamlığına zərər vurmaq, uşağı dilənməyə məcbur etmək konkret cinayət əməlidir və cinayət məsuliyyəti nəzərdə tutur. Valideynlik məsuliyyəti isə odur ki, övladı böyütmək, tərbiyə etmək
hər bir valideynin vəzifəsidir. Bunu etməyən valideyn vəzifəsini yerinə yetirməmiş sayılır və buna görə də valideynlik hüququndan məhrum edilə bilər. Ailə Məcəlləsində konkret göstərilir ki, valideynlik hüququndan sui-istifadə halları baş verdikdə valideynlik hüququndan məhrum etməyə səbəb ola bilər. 4 yaşlı oğlan uşağının situasiyasında hər iki məsuliyyəti şərtləndirən amillər görünür. Əlbəttə ki, vəziyyət istintaq orqanları tərəfindən araşdırılmalıdır və əgər bu halda uşağın dilənçiliyə məcbur edilməsi, sağlamlığına zərərvurma, zorakılıq, valideynlik vəzifələrinin yerinə yetirilməməsi və valideynlik hüququndan sui-istifadə halları aşkarlanarsa, uşağın ata-anası valideynlik hüququndan məhrum edilə bilər. Uşaq körpədir, nə özü, nə ailəsi, nə də baş verənlər haqqında dolğun məlumat vermək iqtidarında deyilsə, bu zaman yerli icra orqanlarının qəyyumluq şöbələri, yaxud vəziyyətə uyğun olaraq əlaqədar təşkilatlar, müəssisələr iddia ərizəsi ilə çıxış edib həmin valideynlərin hüquqlarının əlindən alınmasını tələb edə bilər. Bəzən valideynlik hüququndan məhrum etmədən də uşağın ailədən alınması, dövlət müəssisəsinə təhvil verilməsi icra edilir. Baxır, vəziyyətin ağırlıq dərəcəsinə. Əgər uşağın həyatına təhlükə varsa, valideynlərindən alına bilər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq