Uşağın qulağından canlı qurdlar çıxdı - FOTO

Qazaxıstanda qulaq ağrısıyla yerli xəstəxanaya gedən uşağın qulağından çıxanlar həkimləri belə heyrətə saldı.
Dəhşətli hadisənin şahidləri gözlərinə inana bilmədi, izləməkdə çətinlik çəkdi.
Sherg.az xəbər verir ki, adı qeyd edilməyən uşağın qulağından canlı qurdlar çıxarılıb. Həkim sürfələri pinsetlə bir-bir çıxarıb. Qulağındakı qurdların təmizlənməsi zamanı metal bir qaba qoyulan sürfələrin hərəkət halında olduğu da gözdən qaçmadı.
Hər biri 1 sm uzunluğunda olan qurdların yumurta şəklində qulağa daxil olduğu və sürfələrini buraxdıqdan sonra yumurtadan çıxaraq uşağın qulağını gəmirməyə başladığı bildirilir. Əgər müalicə edilməsəydi qurdlar beyninə yeriyərək uşağı öldürə bilərdi.
Aysel Aslan