Uşaqlarda yeni virus infeksiyası aşkarlanıb
17:45 02.04.2021
Arxiv
405
Ümumdünya Səhiyyə Təşkilatı uşaqlarda yeni virus aşkarlandığını təsdiq edib. Söhbət yeni növ koronavirus (COVID-19) xəstəliyi keçirəndən bir ay və ya altı həftə sonra aşkarlanan infeksiyalardan gedir.
Pediatrlar deyirlər ki, bu, kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Xəstəlik uşaqlarda təzyiqin aşağı düşməsi və şok halları, əllərdə və ağız boşluğunda səpgilər, qusma və ishal kimi əlamətlərlə özünü büruzə verir.
"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Telman Aytayev deyib: "Ambulator müalicə uşağın yaşı, vəziyyəti və xəstənin həkimə müraciət vaxtı ilə əlaqədar dəyişə bilər. Xəstəliyə gec diaqnoz qoyulanda müalicə proseduru da gecikmiş olur. Ona görə də diaqnoz erkən vaxtlardan qoyulmalıdır. Üç gün sonra qızdırma, başqa heç bir səbəbin olmadan ümumi vəziyyətin pisləşməsi ağla gələn ilk diaqnozlardan biridir".
Xəstəlik uşaq və yeniyetmələrdə müşahidə olunur. Bundan başqa uşaqların koronavirusun "Britaniya ştammı"na yoluxmaq təhlükəsi də var.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-radioloqu Aydın Əliyev bildirib: "Koronavirus xəstəliyinin mutasiyaya qədərki dövründə uşaqlarda demək olar ki, heç bir problem yaranmırdı, yalnız yüngül qrip əlamətləri müşahidə olunurdu. Lakin yeni ştamm uşaqlarda daha çox əlamətlər yarada bilir. Əlamətlər çox müxtəlifdir. Boğaz ağrısı, boğaz qıcıqlanması, temperatur, öskürək, hava çatışmazlığı hissi, döş qəfəsində ağrı, əzələ, oynaq və başağrıları ilə müşayiət edilir. Həmin əlamətlərdən hər hansı biri müşayiət olunanda mütləq həkimə müraciət edərək müayinələrdən keçmək lazımdır".
Valideynlərin uşaqların qida rasionuna diqqət yetirməsi, həmçinin onların gigiyenik təmizliyinə nəzarət etməsi çox vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət