Şair Aqşin Yenisey isə hesab edir ki, yazarın, şairin, rəssamın, rejissorun işinin adı elə uydurmaqdır. Onun sözlərinə görə, məsələnin xoşagəlməz tərəfi budur ki, bizim yazarlar uydurduqlarını sənət səviyyəsinə qaldıra bilmirlər, cəmiyyəti Qoçu Əsgər səviyyəsində təqdim edirlər:
Uydurma statuslar... - Del Gerani və Oğuz Ayvazın cavabını verdilər
“Öz istedadına güvənməyənlər bu cür oyunlar hesabına gündəmə gəlib, bir neçə günlük müzakirə predmetinə çevrilirlər”Əsəd Cahingir: “Ədəbiyyata maraq o qədər azalıb ki, oxucu diqqətini mətndən kənar vasitələrlə ələ almağa çalışırlar”
Şair Aqşin Yenisey isə hesab edir ki, yazarın, şairin, rəssamın, rejissorun işinin adı elə uydurmaqdır. Onun sözlərinə görə, məsələnin xoşagəlməz tərəfi budur ki, bizim yazarlar uydurduqlarını sənət səviyyəsinə qaldıra bilmirlər, cəmiyyəti Qoçu Əsgər səviyyəsində təqdim edirlər:
Aqşin Yenisey: "Bu o deməkdir ki, bu adamlar hələ sənətin "Məşədi İbad” dövrünə belə gəlib çatmayıblar”
Son vaxtlar gənc yazarların feysbuk statusları ictimaiyyətdə ciddi narazılıqlara səbəb olub. Biri-birinin ardınca səs-küyə səbəb olacaq statuslar yazan gənclərin gündəmə gəlmək üçün bu addımı atdığı qeyd olunur. Qeyd edək ki, bir neçə gün bundan əvvəl şair Şəhriyar del Gerani öz statusunda mağazalardan birində satıcının ona qarşı kobudluq etdiyini yazmışdı.
Statusa görə, şair satıcının bu davranışı müqabilində rəhbərliyi çağıraraq, həmin satıcı ilə bağlı şikayətini bildirib və sonra market işçini tutduğu vəzifəsindən uzaqlaşdırıb. Çox keçmədən supermarketlər şəbəkəsi açıqlama yaydı ki, Şəhriyar del Gerani adlı feysbuk istifadəçisinin yazdığı status "Favorit” supermarketin heç bir filialında yaşanmayıb. Yəni şairin feysbukda yazdığı statusun əsası yoxdur. Bu günlərdə eyni münasibət gənc şair Oğuz Ayvaza qarşı da sərgilənib. Şair yazıb ki, dostları ilə kafedə oturub çay içdiyi zaman qarşı masada əyləşən yaşlı kişilərdən biri onun saqqalına "ilişib”. Bir müddət dinməyən şairi ağsaqqalın onun saqqalını kobud şəkildə lağlağı obyektinə çevirməsi əsəbiləşdirib. Yaşlı kişinin "Cavan oğlan, "matışkalara oxşuyursan”, "nə gündəsən” kimi sözləri isə artıq onu çilədən çıxarıb. Bu təhqirlərə dözə bilməyib, kişinin yaxasından yapışıb, döşəməyə fırladıb. Məhz bu statusuna görə, Oğuz Ayvaz da ciddi tənqid atəşinə tutulub, hətta təhqir edilib. Ancaq sosial şəbəkə istifadəçilərinin əksəriyyəti iddia edib ki, bu stasus real hadisəni əks etdirmir, uydurmadır.
Maraqlıdır, gənclərin olmamış hadisələri yaşadıqları olay kimi təsvir etmələri nəyin göstəricisidir? Bu da bir ədəbiyyat nümunəsidir?
Tənqidçi Əsəd Cahangirin "Şərq”ə açıqlamasına görə, müasir dövrdə yazarlar o qədər çoxalıb, ədəbiyyata maraq o qədər azalıb ki, gənclər oxucu diqqətini cəlb etmək üçün mətndən və ədəbiyyatdan kənar vasitələrə əl atmağa ehtiyac duyurlar:
"Sovet dövründə bir neçə qəzet və cəmi bir televiziya kanalı vardı. Cəmiyyət üçün lazımlı olan şair və yazıçılar həmin informasiya vasitələrinin köməyi ilə özlərini xalqa təqdim edirdilər. Bir gün içində məşhur və hamının sevimlisinə çevrilmək mümkün olurdu. 1978-ci ildə Vaqif Bayatlı Odərin "Azərbaycan” jurnalında şeirləri çıxandan bir gün sonra artıq onu bütün Azərbaycan tanıyırdı. Ancaq indi o dövr deyil. Yüzlərlə sayt, qəzet, jurnal, televiziya kanalı var. Ədəbiyyata maraq isə əvvəlki səviyyədə deyil. Gənclər də tanınmaq və seçilmək üçün bu cür yollara əl atırlar”.
Ədəbiyyatdan kənar vasitələrin postmodernizmin tələbi olduğunu qeyd edən tənqidçinin sözlərinə görə, hər şey oyundan ibarətdir:
"Ümumiyyətlə, postmodernizm nəzəriyyəsi və estetika dünyanı bir oyun sayır və hesab edir hər şey özünün əks mənasına çevrilib, hər ifadə özünün tərsini işarələyir. Bu mənada estetikaya əməl edən şair- yazıçıları da haradasa başa düşmək lazımdır. Görünür ki, hər şeyi düzünə işarələməklə oxucuların diqqət mərkəzində olmaq mümkün deyil. Rəssamlıqda da belədir. Postmodernist rus rəssamı Kulik bütün paltarlarını çıxarıb boğazına bir zəncir keçirib it daxmasında oturur. Keçirdiyi sərgilərdə it rolunda iştirak edərək gələnə gedənə hürür, hətta buna görə polisə də düşüb. Elza Seyidcahan da bu cür yanaşma sərgiləyir. Yüzlərdən, minlərdən seçilmək üçün axına qarşı gedirlər. Gəlin etiraf edək ki, istədiklərinə də nail olurlar bəzi hallarda. Elza xanım öz yaşıdlarından, həmkarları ilə müqayisədə daha populyardır. Bütün gün televiziyada, qəzetlərdə onun haqqında xəbər gedir, hətta keçirilən şeir müsabiqəsində münsif kimi seçilir. Çünki zamanın nəbzini tutub, dünyanın oyun mahiyyətinə uyğun fəndlərinə əməl edir. Görünür, gənc yazarlarımız da dövrün ruhuna uyğun metodlardan istifadə edirlər. Ancaq mənə elə gəlir ki, həqiqi istedadın olduğu yerdə bu cür vasitələrə ehtiyac qalmır. Heç bir istedad kölgədə qalmır və gec-tez oxucu həmin işığı görür. Öz istedadına güvənməyənlər də bu cür oyunlar hesabına gündəmə gəlib, bir neçə günlük müzakirə predmetinə çevrilirlər. Postmodernist sənət klassikadan fərqli olaraq əbədiyyata iddialı deyil. Bu nəzəriyyədə hər şey günə hesablanıb”.
Şair Aqşin Yenisey isə hesab edir ki, yazarın, şairin, rəssamın, rejissorun işinin adı elə uydurmaqdır. Onun sözlərinə görə, məsələnin xoşagəlməz tərəfi budur ki, bizim yazarlar uydurduqlarını sənət səviyyəsinə qaldıra bilmirlər, cəmiyyəti Qoçu Əsgər səviyyəsində təqdim edirlər: "Neqativ bir mənzərə ilə qarşılaşdım və piştonu çıxardım”. Bu o deməkdir ki, bu adamlar hələ sənətin "Məşədi İbad” dövrünə belə gəlib çatmayıblar. Problem budur. Yoxsa, uydurmaq qəbahət deyil. Hətta ABŞ Prezidenti Tramp seçiləndən sonra üzə çıxdı ki, seçki vaxtı xal qazanmaq üçün söylədiyi iddiaların yarıdan çoxu yalandır, uydurmadır. Bu gün dünya mediasının çörəyi yalandan, uydurmadan çıxır. Məsələn, o gün İran aksiyaları zamanı başını açan bir İran xanımının şəklini paylaşmışdılar sosial şəbəkələrdə. Bir neçə gündən sonra BBC türk yazdı ki, o qızın aksiyalara dəxli yoxdur və Amerikada yaşayan bir mühacirin şəklidir. Başqa media orqanlarında isə iddia olunurdu ki, şəkil İrandakı aksiyalarda çəkilib. Məncə, biz cəmiyyət olaraq belə hadisələr qarşısında özümüzü saf kimi aparmamalıyıq. Həm dünyada, həm özümüzdə baş verən uydurmalara qarşı”.
Şəymən