ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı Danimarka ilə razılaşma əldə edildiyini açıqlaması adanın sakinləri arasında narahatlıq və çaşqınlıq yaradıb.
Sherg.az xəbər verir ki, “New York Times” yazır ki, bir qisim sakin xəbəri müsbət qarşılasa da, bir çoxları ABŞ-ın hansı səlahiyyətləri əldə edəcəyini və razılaşmanın Qrenlandiyanın gələcəyinə necə təsir göstərəcəyini bilmir.
Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ABŞ, Danimarka və Qrenlandiya arasında razılaşmanın gələn həftə imzalanması planlaşdırılır. Sənədin Arktika və Şimali Atlantikada təhlükəsizliyi gücləndirməklə yanaşı, Danimarkanın suverenliyini və Qrenlandiya sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu qoruyacağı bildirilir.