İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının xaricdə yaşayan israillilərin səs vermək üçün ölkəyə qayıtmasına mane olmağa çalışdığı bildirilir.
Sherg.az xəbər verir ki, CNN-in məlumatına görə, xaricdə yaşayan on minlərlə israilli seçkilərdə səs vermək üçün ölkəyə dönüş biletləri bron edib. “Likud” isə onların ən azı bir qisminin ölkəyə girişinin qarşısını almağa çalışır.
Partiya Mərkəzi Seçki Komissiyasına xaricdə yaşayan israillilərin seçki günü ölkəyə qayıtmasına yardım edən “Fly & Vote” təşəbbüsünün qarşısının alınması ilə bağlı müraciət edib.
“Likud” təşəbbüsü “qanunsuz və xarici mənbələrdən maliyyələşən əməliyyat” adlandıraraq onun seçkilərin etibarlılığına zərər verə biləcəyini iddia edib.
“Fly & Vote” isə 35 mindən çox israillinin qeydiyyatdan keçdiyini, daxili sorğulara əsasən 50 mindən çox şəxsin səs vermək üçün ölkəyə qayıtmağı planlaşdırdığını açıqlayıb.
İsraildə diplomatlar və rəsmi şəxslər istisna olmaqla, xaricdə yaşayan vətəndaşların olduqları ölkələrdə səs verməsinə icazə verilmir.