Üzən məzənnəyə tam keçid təhlükəlidir
07:58 19.07.2018
Arxiv
870
Hazırda manatı qoruyan neftin qiymətinin yüksək olmasıdır
Günün aktual mövzularından biri də 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejiminin tətbiq olunacağına dair verilən proqnozlardır. "Azərbaycan Respublikasında Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında Mərkəzi Bankın strateji yol xəritəsindəki tədbirləri 69 faiz icra etdiyi də qeyd edilib.
Hesabatda qeyd olunub ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlayacaq.
Bu istiqamət üzrə əsas icraçı orqan olan Mərkəzi Bank tərəfindən 2019-cu ildə tam üzən məzənnə rejiminə keçid üçün tədiyyə balansında və istehlak səbətində idxalın xüsusi çəkisinin GZİT təhlilinin aparılması və tam üzən məzənnə rejiminə keçidin müddətləri müəyyənləşdirilməlidir.
2020-ci ildən isə Mərkəzi Bank tam üzən məzənnəyə keçidi təmin etməlidir.
Ekspertlər isə rəsmi qurumlara istinadla Azərbaycan manatının 2020-ci ildə tam üzən məzənnə rejiminə keçəcəyi halda ölkənin buna hazır olmadığını iddia edir. Ehtimallara görə, tam üzən məzənnə rejimi Azərbaycanda valyuta bazarında təlatümə və məzənnə sıçrayışına yol açacaq. Hansı ki, iki il öncə də MB manatın üzən məzənnəyə keçdiyini elan edən zaman bir sıra ekspertlər Azərbaycanın buna hazır olmadığı iddiasını ortaya qoymuşdular. Mütəxəssislərə görə, üzən məzənnə ancaq sənaye inkişafına malik ölkələrdə səmərəli olur.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə "Şərq”ə açıqlamasında Azərbaycan milli valyutasının bundan sonrakı taleyinin ölkə iqtisadiyyatının real sektora nə qədər sürətlə keçirilməsindən bilavasitə asılı olacağını deyib:
"Manatın bugünkü sabit durumu ilk növbədə neftin qiymətlərinin kəskin artımı hesabına valyuta gəlirlərimizin kifayət qədər artırıla bilməsi nəticəsində təmin olunur. Ölkənin qeyri-neft sektorunda aparılan işlərin sürəti indikindən bir neçə dəfə artıq olmalıdır ki, milli valyutamızın taleyi neftin qiymətlərində baş verə biləcək hər hansı bir dəyişiklikdən asılı vəziyyətdə qalmasın. Əgər biz 2020-ci ilə qədər qeyri-neft sektorundan ixrac hesabına bugünkü idxalımızın ən azından yarısı qədərində valyuta gətirə bilməsək, manatın tam üzən məzənnəyə keçirilməsi çox riskli bir addım olardı. İndiki durumda isə manatın taleyi daha çox dünya bazarlarında neftin qiymətlərinin səviyyəsindən asılıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət