Vertolyotdan asılı qaldı!




Cənazə daşıyan vertolyotu buraxmaq istəməyən yaşlı adam, metrlərlə  yüksəkliklərə qalxdı.
Keniyadan yayılan  görüntülərdə, keçdiyimiz həftə öldürülən iş adamı Jacob Jumanın cənazəsini buraxmaq istəməyən yaşlı Saleh Vanjalanın inanılmaz anları yer alıb.

Ölümü böyük şübhə yaradan  və hökuməti ağır dillə tənqid etdiyi ifadə olunan iş adamının cənazəsi xalqa sərgiləndi.
Bu zaman  cəsədi görə bilməyən Saleh Vanjala, vertolyotun cənazəylə uzaqlaşmaqda olduğunu görüncə, vertolyotdan yapışdı.
Vertolyot bu şəkildə yerdən yüksəldi, dəli olmuş haldakı adam əlini buraxmadı.
Daşıdığı sərnişindən  xəbərsiz olan pilot, vertolyotu yerdən yüksəltdi və irəliləməyə başladı. Yerdəkilərin xəbərdarlıqlarıyla pilot   Vanjalanın elektrik xəttlərinə ilişməməsi üçün böyük səy sərf etdi.
Nəfəsləri kisən bu səfər, təxminən 2 kilometr irəlidəki bir aerodromda sona çatdı.
Başından və qıçlarından ciddi şəkildə yaralanan Saleh Vanjala, əvvəl xəstəxanaya qaldırıldı, ardından da nəzarətə alındı.