“Quş qripi”ni lokallaşdırmaq lazımdır
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) 24 noyabr və 9 dekabr 2016-cı il tarixlərində yaydığı rəsmi məlumatlarda Rusiya Federasiyasının Kalmıkya Respublikasının Yaşaltinski rayonunda iki məntəqədə və Həştərxan vilayətinin Xarabalinski rayonunda bir məntəqədə ev quşları arasında yüksək patogenli "quş qripi” (H5) xəstəliyinin yayılması barədə məlumat daxil olub.
Ölkəmizin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıqlar verilib. Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə Rusiya Federasiyasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizotik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub. DBNX quşçuluq təsərrüfatlarının rəhbərlərinə və əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "quş qripi”nin köçəri quşlarla yayıldığını və hər an ölkəmizə gəlmə təhlükəsinin ola biləcəyini deyib. Köçəri quşların sərhəd tanımadığını, fəsildənfəsilə ayrı-ayrı yerlərdə olduqlarını vurğulayan ekspertin sözlərinə görə, buna görə də çox asanlıqla bu virusu yaya bilərlər:
"Quş qripi” virusunu da elmdə lokallaşdırmaq lazımdır. Bir neçə il əvvəl eyni hal baş verəndə Ümumdünya Səhiyyə Təşkilatı bütün gününü səfərbər etdi və onu yerindəcə lokallaşdıraraq virusun yayılmasının bir növ qarşısını aldı. Yəqin ki, indi də belə tədbirlər görüləcək. Düzdür, hələ ki, "quş qripi”nin yeni yayılmış bu növü haqqında tam məlumat yoxdur. Amma "quş qripi”nin əvvəlki forması qanla keçirdi. Bir ara Azərbaycanda toyuq və quş ətininqadağan olunması da həmin bu xəstəliklə bağlı idi. Hesab edirəm ki, hər ehtimala qarşı diqqətli olmaq lazımdır. Bir müddət köçəri quşların ətinin satışını məhdudlaşdırmaq və ya nəzarəti artırmaq olar. Yəni müəyyən profilaktik tədbirlər görmək lazımdır ki, bu qrip Azərbaycanda yayılmasın”.
Şəymən