Vitse-spiker: “Bu dəyişikliklər deputatların əleyhinə yönəlməyib”



""Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişikliklərlə bağlı müəyyən narahatlıqlar oldu, bu, başadüşüləndir. Tam səmimi deyirəm ki, bu dəyişikliklər heç bir halda deputatların əleyhinə yönəlməyib”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

I vitse-spiker bildirib ki, hazırda dəyişikliklər birinci oxunuşda səsverməyə çıxarılır, ikinci və üçüncü oxunuşlarda da müzakirə olunacaq.