"...Vizaların ləğvi məsələsi də xüsusi qeyd olunacaq"



Bu gün Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilib.

Bu barədə Sherg.az-a millət vəkili Asim Mollazadə danışıb. 

O bildirib ki, danışıqlar yeni tərəfdaşlıq müqaviləsinin üzərində aparılır:

"Azərbaycan Avropa birliyi ilə enerji sahəsində tərəfdaşlıq proqramını imzalayıb. Artıq yeni sahədə tərəfdaşlığa başlamaq üçün müzakirələr aparılır. Hesab edirəm ki, bu sazişin nəzdində məhz vizaların ləğvi məsələsi də xüsusi qeyd olunacaq”.
Aysel Aslan