Windows-dakı iki ciddi sistem boşluğunu aradan qaldırdı
04:33 16.09.2019
Arxiv
589
Bu ay Microsoft şirkətinin tərtibatçıları Windows əməliyyat sistemində 80 sistem boşluğunu aradan qaldırıblar. Onların 17-si kritik səviyyədə olan sistem boşluğu kimi qiymətləndirilmişdi. Bundan əlavə olaraq iki ədəd sistem boşluğu isə artıq hackerlər tərəfindən kiberhücumlar üçün istifadə olunurdu. Bu barədə Xakep.ru saytı xəbər verib. Bu ay aradan qaldırılmış sistem boşluqları arasında iki ən ciddisini (CVE-2019-1214 və CVE-2019-1215) qeyd etmək olar. Bu sistem boşluqları sistem imtiyazlarını yüksəldən problemlər olublar.
Milli.Az technote.az-a istinadən bildirir ki, bu sistem boşluqları artıq hackerlər tərəfindən kiberhücumlar üçün istifadə olunurmuş. Birinci sistem boşluğu Windows Common Log File System (CLFS) drayveri ilə bağlıdır və o, autentifikasiya prosesini keçmiş və istifadəçi hüquqlarına sahib hackerə öz imtiyazlarını administrator səviyyəsinə yüksəltmək imkanını verir. İkinci sistem boşluğu da imtiyazların yüksəlməsi ilə bağlıdır və ws2ifsl.sys (Winsock) xidmətini əhatə edir.
Mütəxəssislər qeyd ediblər ki, bu sistem boşluqları əməliyyat sisteminin köhnə versiyaları üçün böyük təhlükə mənbəyi daşıyırlar. Ənənəvi olaraq Microsoft şirkəti bu sistem boşluqlarının hackerlər tərəfindən necə istifadə edildiyi barəsində bir məlumat verməyib. Bu ay aradan qaldırılmış sistem boşluqları arasında həmçinin Remote Desktop Protocol-da aşkar edilmiş yeni RCE boşluqları da qeyd etmək olar. Bura əsasən CVE-2019-1290 və CVE-2019-1291 daxildirlər. Bu iki sistem boşluğu Microsoft şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou