Xaçmazda ağır qəza: ölən və yaralananlar var




Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Gəndob-Yalama yolunun 43-cü kilometrliyində "Azsamand” və "VAZ” markalı 2 minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən biri vəfat edib, daha 4 nəfər isə yaralanıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.