Xalq şairindən sensasion açıqlama: "Gizli bir əl Azərbaycanda rus dilinin meydanını genişləndirir”
16:17 06.03.2019
Arxiv
777
"Hər il 90 min uşaq yalnız ata-anasının cahilliyi yaxud bu torpağa, bu dövlətə sayğısızlığı üzündən rus və başqa dildə oxuyursa, onlar böyüyəndə rus dilində danışmaq məcburiyyətində qalacaqlar”.
Bu sözləri "Sherg.az”a xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı son illər Azərbaycanda rus dilinə olan meylin güclənməsindən və bəzi məmurların fikirlərini öz doğma dilimizdə normal ifadə edə bilməməsindən danışarkən deyib.
O qeyd edib ki, həmin uşaqlar öz ana dillərini yaxşı bilmədikləri üçün ömür boyu daxilən bir natamamlıqları olacaq:
"Bu ölkədə rəsmi dövlət dili Azərbaycan dilidir. Hər yerdə Azərbaycan dilində danışılmalıdır. Dilə hörmət göstərmək lazımdır.
Mənasız yerə rus məktəblərinin sayını artıran, uşaqlarımızı zorla rus məktəbində oxutduran, əhalini öz kökündən, ənənəsindən qoparanlar elə bir şərait yaradırlar ki, Azərbaycanda rus dilinin işlənmə dairəsi get-gedə artsın.
Dövlət dilinin təsir dairəsi isə daralsın. Guya rus məktəbində təhsilin səviyyəsi başqadır, əslində isə heç bir fərqi yoxdur”.
O, həmçinin qeyd edib ki, ölkədə Azərbaycan dilinə sayğı arzuolunan səviyyədə deyil:
"Baxmayaraq ki, proqramlar hazırlanır, fərmanlar, sərəncamlar verilir yenə də gizli bir şəkildə, gizli bir əl Azərbaycanda rus dilinin meydanını getdikcə genişləndirir. Niyyət nədir? Onu bu işi görənlərdən soruşmaq lazımdır”.
Mövcud problemin qarşısının alınmasına gəlincə, xalq şairi vurğulayıb ki, gərək Azərbaycan qanunlarına hörmət edilsin:
"Azərbaycan konstitusiyasına və Azərbaycan qanunlarına hörmət etmək lazımdır. O rəğbət tələb edilməlidir. İkinci məsələ odur ki, valideynlərin də gərək bir az heysiyyəti, ləyaqəti olsun. Nəzərə alsınlar ki, gərək, uşaq öz ana dilində oxusun. Rus, ingilis və başqa dilləri də öyrənsin, amma uşaq ilkin təhsilini ana dilində almalıdır”.
Sevda Ulutau
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya