Xameneidən Qüdslə bağlı SƏRT AÇIQLAMA
14:14 06.12.2017
Arxiv
513
"İslam dünyası Qüdsün sionist rejimin paytaxtı olması planı qarşısında duracaq”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın ali lideri ayətullah Əli Xamenei bu gün hökumət nümayəndələri, 31-ci İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlar, müsəlman ölkələrinin səfirləri və ictimaiyyət təmsilçiləri ilə görüşündə çıxışı zamanı deyib.
Ayətullah Xamenei bildirib ki, islam düşmənlərinin Qüdsü sionist rejimin paytaxtı elan etməsi onların acizliyi və gücsüzlüyünün göstəricisidir: "İslam dünyası heç şübhəsiz, bu çirkli planın qarşısında duracaq və sionistlər daha böyük zərbə görəcək. Əziz Fələstin heç şübhəsiz, sonda azad olunacaq”.
Ali lider bəzi region hökumətlərini ABŞ-ın istəyinə boyun əyməkdə günahlandırıb və bundan təəssüflənib. O qeyd edib ki, İranın digər müsəlman ölkələri ilə ixtilafda heç bir marağı yoxdur: "Necə ki, İran öz daxilində vəhdət və qardaşlıq atmosferi yaradıb, islam dünyasında da vəhdət və birliyin olmasında maraqlıdır. Bəzi cahillərin sözlərinə cavab vermək istəmirik, lakin onlara nəsihət edirik ki, dünya zülmünə xidmət etmək onların ziyanınadır. "Quran” buyurub ki, zalimlərlə bir olmağın sonu məhv olmaqdır”.
Ayətullah Xamenei qeyd edib ki, Amerika, sionist rejim, mürtəce qüvvələr və böyük güclərdən asılı olanlar bugünkü dünyanın fironlarıdır: "Onlar islam ümməti arasında ixtilaf və müharibə yaratmaq, qanlı hadisələr törətməklə islam dünyasının inkişafının qarşını almaq istəyirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya