Xanım müğənnilərimizi kriminal aləmə sövq edən nədir ? - RƏZALƏT
16:17 31.10.2017
Arxiv
2108
Əhməd Qəşəmoğlu: " Hər müğənninin adı “qanuni oğru” ilə hallanır. Bu, hələ üzə çıxanlardır. Belə faktların arxasında hələ başqa situasiyalar da var"
"Yalnız Azərbaycanda deyil, bütün dünyada maddi dəyərlər ön plana keçib”.
Bunu "Sherg.az”a sənət adamlarının, müğənnilərin kriminal aləmlə əlaqələrinə münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib.
O bildirib ki, cəmiyyətdə aparıcı qüvvə kimi maddi dəyərlərin olması təhlükəlidir:
"Min illərdir, müdrik alimlər, filosoflar bizə öyrədir ki, cəmiyyətdə mənəvi dəyərləri önə çəkmək lazımdır. Belə olduqda, cəmiyyətdə özünü tənzimləmə prosesi aparılır. Maddi dəyərlər ön plana keçdikdə isə hər cür gərginlik gözləmək mümkündür.
Maddi dəyərlərin önə keçməsi müxtəlif təbəqələrdə də əksini tapır. Azərbaycanda başqa ölkələrə nisbətən fərqli xüsusiyyətlər nümayiş olunur. Bu insanlar arasında avamlığın, cəhalətin səviyyəsindən asılıdır. Bizdə cəhalət güclüdür. Ona görə, maddiyyat daha çox rol oynayır.
Müğənnilərin işi-gücü əyləncə xarakterli tədbirlərdə, şənliklərdə, pul xərclənən məclislərdə olur. Bu halda hər kəs öz davranışını arzuolunan şəkildə tənzimləyə bilmir. Elə müğənni var ki, özlərini irəli çəkib, təbliğ edə bilirlər. Amma hamısının bu imkanı yoxdur. Belə halda onlar elə yollara meyl edirlər ki, pul qazanmaq imkanı çox olsun.
Nəticədə, hər müğənninin adı "qanuni oğru” ilə hallanır. Bu, hələ üzə çıxanlardır. Belə faktların arxasında hələ başqa situasiyalar da var. Bütün bu proseslərin səbəbi hələ də cəmiyyətdə maddi dəyərlərin önəmli olmasıdır.
Digər tərəfdən, biz müğənnilərin davranışına əhəmiyyət vermirik. Kimin kefi necə istədi, elə hərəkət edir. Bir az ictimai qınaq olsa, əlaqədar qurumlar nəzarət etsə, hər yoldan keçənə fəxri ad verilməsə, məsələ başqa cür olar. Çalışmaq lazımdır ki, bu problem müvafiq qaydada həll olunsun.
Televiziyalarda da bir meyar olmalıdır. Cəmiyyətdə imici olmayan insanları ekrana buraxmaqda, onlarla yeri gəldi -gəlmədi onları reklam etmək məsələsində ziddiyyət olmalıdır”.
Qeyd edək ki, qatardan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb edilib. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual