
Xanımların ALİ HƏRBİ MƏKTƏBƏ qəbulu niyə dayandırılıb və bu, nə vəd edir ? – İZAH
07:46 24.05.2019
Arxiv
3083
Üzeyir Cəfərov: “Çox istərdim ki, Azərbaycan xanımları arasında da generallar, polkovniklər olsun”“Bu mövzuda digər dövlətlərə bəzi məqamlarda uduzuruq”
Hazırda bir sıra dünya ölkələrində qadın zabitlərin sayı getdikcə artır. Lakin Azərbaycanda bunun tam əksini müşahidə edirik.
Əvvəlki illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) xanım zabitlərin formalaşdırılması üçün qəbul planı vardı. Və bu plana əsasən hər il onlarla xanım sözügedən məktəbə qəbul olunur, 4 il təhsil aldıqdan sonra fəaliyyətini zabit kimi davam etdirirdi. Təəssüf ki, bir neçə il əvvəl bu məktəbə xanımların qəbulu prosesi dayandırılıb. Səbəbi isə müxtəlif amillərlə izah olunur.
Biz də "Sherg.az” olaraq bu məsələni aydınlaşdırmaq üçün hərbi ekspert Üzeyir Cəfərovla əlaqə saxladıq. Hər zaman AAHM –də xanımların oxumasının tərəfdarı olduğunu deyən hərbi ekspert bildirdi ki, Azərbaycan qadınlarının bu sahədə təhsil alması vacibdir:

"Qızlarımız ali hərbi məktəblərdə oxumalı, zabit olmalı və dünyanın aparıcı ordularının, zabitlərinin sırasında öz yerlərini tutmalıdırlar. Müdafiə Nazirliyinin sabiq rəhbəri Səfər Əbiyevin dönəmində çox arzuolunmaz bir qərar qəbul olundu. Hansısa kursantın yanlış hərəkətinə görə, qərar verdilər ki, bu sahədə xanımlar olmasın. Bu olanları kökündən yanlış hesab edirəm. Çox istərdim ki, Azərbaycan xanımları arasında da generallar, polkovniklər olsun. Bu gün belə xanımlarımız var. Amma onların sayı azdır. Biz həm konstitutsiyada bərabərlik hüququndan danışırıq, həm də xanımların hüquqlarını diskriminasiyaya uğradırıq, onlara zabit olmaq şansı tanımırıq.
Hazırda xanımlarımız da kişilərlə bərabər vətənə xidmət etmək üçün can atırlar. Həqiqətən də xanımların hərbi geyimləri göz oxşayır”.
Ekspert vurğulayıb ki, xanımları hərbi təhsil alması ilə bağlı bəzi qoşun növlərində, nazirlik və idarələrdə müxtəlif yanaşma var:
"Fikrimcə, bu yanaşmalar müsbət olmalıdır. Mətbuat da bu istiqamətdə öz işini görməli və təbliğatlarını aparmalıdır. Xanımlarımız hərbiyə meyl göstərirlərsə, onlara dəstək olmalıyıq. Ali hərbi məktəblərin kafedralarında xanımlar arasında hazırlıqlı olanları seçmək lazımdır. Əsas odur ki, bizim xanım kadrlarımız olsun və sabah onları dünya arenasına çıxara bilək. Onlar Azərbaycanı təmsil edə bilsinlər. Bu mövzuda digər dövlətlərə bəzi məqamlarda uduzuruq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat