Xələf Xələfov danışdı: XİN-də geniş tərkibli kollegiya iclası keçirilib
19:36 25.12.2018
Arxiv
440
Bu gün Xarici İşlər Nazirliyinin (XİN) geniş tərkibli kollegiya iclası keçirilib.
İclasın əvvəlində iştirak etmiş XİN-in keçmiş nazir müavini, hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatının rəhbəri Xələf Xələfov çıxış edərək 27 il ərzində XİN-də göstərdiyi fəaliyyətdən və bu müddətdə nazir müavini vəzifəsində Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində keçdiyi şərəfli yoldan bəhs etdi. Nazirliyin rəhbərliyi və kollektivi adından ölkəmizin xarici siyasətinin uğurla həyata keçirilməsinə verdiyi töhfə üçün Xələf Xələfova minnətdarlıq bildirildi və gələcək fəaliyyətində ona müvəffəqiyyətlər arzu edildi.
XİN-in mətbuat xidmətindən musavat.com-a daxil olan məlumata görə, daha sonra kollegiya iştirakçıları XİN-in cari il ərzində həyata keçirdiyi fəaliyyətinin yekunları, o cümlədən bölgədə və yaxın qonşuluqda mövcud olan təhdid və çağırışlar, habelə bu il paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının Nazirlər konfransı və ölkəmizin bu təşkilata qarşıdan gələn sədrliyi, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın razılaşdırılması, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimiz və digər məsələlər ətrafında geniş fikir mübadiləsi apardı. İclasda, həmçinin 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyinin qeyd olunması ilə bağlı müzakirələr aparldı və bu xüsusda tədbirlər planı nəzərdən keçirildi.
İclası yekunlaşdıran xarici işlər naziri Elmar Məmmədyarov nazir müavinləri və idarə rəhbərlərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə qarşıdan gələn il ərzində praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətinin irəliləməsi istiqamətində səylərin artırılmasına çağırmışdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə