Xərçəngi pəhrizlə yendi

Ölümcül beyin şişi xəstəsi olan Dave Bolton, ömürünə 12 ay qalmış xərçəngi aşağı karbohidratlı pəhrizlə yendiyini iddia edir. "Daily Mail”in xəbərinə görə 35 yaşlı Dave Boltona ölümcül olan GBM4 tipi beyin şişi diaqnozu qoyulub. 2 uşaq atası Daveyə keçən ilin iyul ayında müalicəsiz 3, müalicə ilə ən çox 12 ay yaşaya biləcəyi deyilib.
Keçmiş polis məmuru xərçəngə qarşı mucadiləyə başlayıb və karbonhidratı zəif olan diyetə başladı. Karbonhidrat, şəkər, meyvə və bir çox tərəvəzi də qida rasionundan çıxaran Dave, ət, süd və süd məhsulları və yağ baxımından zəngin bir qidalanma resepti qəbul etdi.
Pəhrizdə şişlərin böyüməsinə səbəb olan qidaların istehlak edilməməsinin təsirli olduğu deyilir. Bir çox həkim diyetlə əlaqədar qəti dəlil tapılmadığını dilə gətirir, ancaq təsirli olduğunu söyləyənlər də mövcuddur. "Daily Mail”ə danışan məsləhətçi onkolog Prof. Karol Sikora, "Alternativ müalicələrin işə yaradığını göstərən dəlil yoxdur. Bir çox insan isə alternativ müalicəyə inanır. Ənənəvi müalicədən imtina edilmədiyi müddətcə alternativ üsullar da sınana bilər. Ancaq tibbi müalicəni rədd edib, yalnız alternativ yollara yönəlmək səhvdir” deyir. Dave, həm həkimlərin təklif etdiyi müalicəni, həm də pəhrizdən istifadə etməyin xərçəngi yenməyə təsirli olduğunu dilə gətirir. İyun ayında aparilan tədqiqlərdə şişin böyük bir hissəsinin yox olduğunu görən Dave, izlədiyi yola inanır. Hələ tamamilə müalicə olmadığını bilsə də, daha 10 il yaşaya biləcəyinə inanır.
Dave, müalicə müddətində insanın inamlı olduğunun da müalicəyə təsirli olduğunu bildirir.