Xəzər Dəniz Neft Donanması “iş vaxtının cəmlənmiş uçotu rejimi”nə keçəcək
07:25 13.09.2021
Arxiv
500
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında “iş vaxtının cəmlənmiş uçotu rejimi”nə keçidi müzakirə olunur.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, təklif telefonoqramma formasında bütün gəmi kapitanlarına göndərilib. Onlardan gəmi heyətinə təklif olunan metod haqqında izahat verməyi, əməkdaşların da bu barədə fikir və təkliflərini dinləyərək müvafiq departamentlərə çatdırmaq xahiş olunub.
XDND-nin üzən heyət üzvlərinin “iş vaxtının cəmlənmiş uçotu rejimi”-nə münasibəti öyrənildikdən sonra bu barədə müvafiq qərar qəbul ediləcək.
2020-ci ilin avqust ayından etibarən ASCO-nun Dəniz Nəqliyyat Donanmasında “iş vaxtının cəmlənmiş uçotu rejimi” tətbiq olunur. Ötən dövr ərzində bu rejimdə çalışan heyət üzvlərinin iş və istirahət vaxtını tənzimləyən "ASCO-ya məxsus gəmilərdə üzən heyət üzvlərinin xüsusi "İş vaxtının cəmlənmiş uçotu "Qaydaları" təsdiq edilib, üzən heyət üzvlərinin ştat cədvəlləri işlənib hazırlanıb, rejimə keçidə qədər və keçiddən sonrakı göstəricilərin təhlili aparılıb və yeni rejimin üstünlükləri praktikada da öz təsdiqini tapıb. Belə ki, bu rejim gəmilərdə sabit heyət formalaşmasına zəmin yaradır. Bu zaman hər bir heyət üzvü əvvəlcədən təsdiq edilmiş iş-istirahət qrafikinə əsasən iş və istirahət vaxtlarını bilir və istirahət bitdikdən sonra öz gəmisində növbəsinə başlayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol