XİN-in yeni mətbuat katibi kimdir?





Azərbaycan Xarici İşlər Nazirliyinə yeni mətbuat katibi təyin edilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsi Abdullayeva Leyla Yaşar qızına tapşırılıb.
1981-ci ildə Bakı şəhərində anadan olan L.Abdullayeva orta təhsilini Bakıda alıb. Daha sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsilini davam etdirib. 2002-ci ildən etibarən nazirlikdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub.
Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyində diplomatik fəaliyyət göstərib XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində direktor müavini vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var.
XİN-də və xaricdəki diplomatik nümayəndəliklərdəki fəaliyyəti barədə açıqlama verən yeni XİN sözçüsü deyib ki, mövcud mürəkkəb geostrateji mühitdə dövlət başçısının rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi, milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatımızın borcudur: "Bir diplomat olaraq, Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışdığım zaman bu vəzifənin layiqincə yerinə yetirilməsinə çalışmışam”.

Şəymən