Yağış yağdı, yollar gölməçəyə döndü – VİDEO





Bakıda dünəndən başlayan yağış küçələrdə avtomobillərin hərəkətində problemlər yaradıb.

Qafqazinfo xəbər verir ki, bir sıra küçələrdə su kollektorlarının yağış suyunu ötürə bilməməsi su kütləsinin asfaltın üzərində yığılıb-qalmasına səbəb olub.

Təqdim etdiyimiz video Cavadxan küçəsində çəkilsə də, paytaxtın bir çox prospekt və küçələrində oxşar vəziyyət müşahidə edilir.