Yaradıcı şəxslərlə bağlı qanun layihəsində mübahisə var

“Heç kəs zəmanət vermir ki, sabah hərə bir yaradıcı ittifaq yaradıb, qanunu da əlində “bayraq” edib, “hökumət bizi maliyyəşdirməlidir” deməyəcək”




Onun sözlərinə görə, fikir ayrılığı yaradan məsələlərdən biri "Yaradıcı şəxslər və yaradıcı ittifaqlar haqqında” ayrıca qanun qəbuluna ehtiyacın olub-olmamasıdır: "Layihə hazırlanan zaman da bu sual ortaya çıxmışdı. Bizim arqumentlərimiz onları nə dərəcədə razı saldı, deyə bilmərəm. Amma qanun layihəsi ilə bağlı müzakirə obyekti tək bu məsələ deyil. "QHT-lər haqqında” qanunun olduğunu vurğulayanlar hesab edir ki, yaradıcı ittifaqların fəaliyyəti də həmin qanunla nizamlana bilər. Amma biz hesab edirik ki, yaradıcılıq ittifaqlarını heç də digər qeyri-hökumət təşkilatları ilə eyniləşdirmək olmaz. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının yaranmasında sözügedən ittifaqlar əvəzsiz rol oynayıblar. Bu səbəbdən də yaradıcı ittifaqları digər QHT-lərlə eyniləşdirmək doğru deyil. Yaradıcı ittifaqlarda təmsil olunan şəxslər yaradıcı insanlar olduğu üçün onlara kömək lazımdır”.

Millət vəkilinin sözlərinə görə, layihədə polemikaya açıq olan məsələlərdən biri də hər yaradılan yaradıcı ittifaqın hökumət tərəfindən maliyyələşdirilməsidir: "Hətta deyərdim ki, bu məsələ ən çox mübahisə predmetidir. Heç kəs zəmanət vermir ki, sabah hərə bir yaradıcı ittifaq yaradıb, qanunu da əlində "bayraq” edib, hökumət bizi maliyyəşdirməlidir deməyəcək. Biz də sonradan heç bir problem ortaya çıxmasın deyə yaradıcı təşkilatları əvvəlcədən fərqləndirmək üzərində düşünürük ki, ayrıca tarixi olan, mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin formalaşmasında, inkişafında xüsusi rolu olan ittifaqlar maliyyələşdirilsin. Bu da hər kəsi qane etmir. Öz-özlüyündə "niyə” sualı verənlər də haqlıdır. Elə bir yaradıcılıq ittifaqı yarana bilər ki, bu gün ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına daha çox fayda verə bilər”.

N.Cəfərov bildirib ki, qanun layihəsində yaradıcılıq ittifaqları və yaradıcı şəxslərə müəyyən səlahiyyətlərin verilməsi də nəzərdə tutulub. Bu səlahiyyətləri isə əsaslandırmaq o qədər də asan deyil: "Çünki yaradıcı şəxs bu gün məhsuldar ola bilər, xalqın, dövlətin mədəniyyətinə yüksək xidmətlər verə bilər. Bir müddətdən sonra isə bu sahədən tamamilə uzaqlaşa bilər.

Əksər parlamentarilərin bu qanunun qəbulunu zəruri hesab etdiyini vurğulayan Cəfərovun sözlərinə görə, qanun layihəsinin parlamentin yaz sessiyasında gündəliyə çıxarılması istisna deyil”.

Şəymən