Yaşayış minumumu 155 manat olacaq




2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat proqnozlaşdırılıb. 

Sherg.az məlumat verir ki, bu gün Milli Məclisin iclasında deputatlar "2017-ci il üzrə yaşayış minimumu haqqında" qanun layihəsini qəbul ediblər. 

Qanuna görə əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün - 164,5 manat, təqaüdçülər üçün - 130,2 manat, uşaqlar üçün - 136,6 manat təşkil edəcək.