Cütlüklər yaşa dolduqca onlar arasındakı sevginin, səmimiyyətin daha da möhkəmləndiyi, şirinləşdiyi deyilir. Bir sözlə insan qocalsa da, sevgi hissi qocalmır, hər ötən gün onun keyfiyyəti, saflığı daha da güclənir.
Sevginin köhnəsi olmur. Sevgi həmişə təzədir, təravətlidir, ətirlidir, gözəldir, özəldir, canlıdır, ruhludur, durudur və pakdır.
Amma ahıl yaşda, insanın müəyyən xəstəliklərlə mübarizə apardığı bir vaxtda sevginin bu təravət və tempini qoruyub-saxlamaq hər kəsin işi deyil.
Fotolarını paylaşdığımız ahıl cütlüklər isə bir-birilərinə olan sevgidən doğan davranışları ilə ortaya yaxşı bir örnək qoyublar...