Yeni doğulmuş qız uşağı küçəyə atılıb





 Bakıda yeni doğulmuş qız uşağı küçəyə atılıb.
 Daxili İşlər Nazirliyinin saytı xəbər yayıb ki, iyulun 14-də Xətai rayonunun Gəncə prospekti ev 44-ün girişində yeni doğulmuş qız uşağı tapılıb. Uşaq 1 saylı Körpələr Evinə təhvil verilib.