Yeni il bayramında əfv gözlənilir?

Çingiz Qənizadə ümid edir, Səidə Qocamanlı isə məlumatsızdır



Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına sayılı günlər qaldığı bir vaxtda əfv fərmanının imzalanacağı ilə bağlı ümidverici məlumatlar yayılır. Görəsən, bayram ərəfəsində növbəti əfv fərmanı imzalanacaqmı?

Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, hüquqşünas Çingiz Qənizadə bildirib ki, hər il dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə ölkə Prezidenti humanist addımlar atır: "Belə bir səlahiyyət kontitusiya ilə cənab Prezidentə verilib və onun müstəsna hüququdur. Amma mən bir hüquqşünas kimi təbii ki, hər il bu cür əfv fərmanlarının verilməsini alqışlayıram. Biz bu məsələnin icrasında iştirak edir və öz fikirlərimizi bildiririk. Ümid edirik ki, bu il də cənab Prezident humanist addımlarını davam etdirərək növbəti əfv fərmanını verə bilər”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə əfvlə bağlı rəsmi bir məlumata sahib olmadığını deyib: "Ümid edək ki, növbəti yeni il qabağı əfv fərmanı veriləcək. Dəqiq heç bir fikir söyləyə bilmərəm. Elə vaxt olur ki, məlumatsız olduqda belə əfv fərmanı verilir. Hər halda ümid kəsilməyən bir məfhumdur. Bununla bağlı Əfv komissiyası mütəmadi olaraq işləyir”.

Yeganə Bayramova