Yerli fermerlərə və təsərrüfatçılara şad xəbər
13:30 13.09.2019
Arxiv
460
"Siyəzən Broyler" ASC yem ehtiyatının artırılması üçün yerli təsərrüfatçılara və istehsalçılara əməkdaşlıq təklif edir.
Nəzərinizə çatdırırıq ki, Siyəzəndə istehsal olunan və toyuqların təbii şəkildə qidalanmasını təmin edən yem, məhz Siyəzənin öz ərazisində yetişdirilən, becərilən dənli bitkilərdən hazırlanır, həmçinin öz ərazisində yerləşən, yem fabrikində istehsal olunur. Qeyd edək ki, Siyəzənin öz ərazisində məhz yem istehsalı üçün ayrılan böyük bir əkin sahəsi mövcuddur, bu ərazidə Siyəzən təbii yeminin əsas tərkib hissəsini təşkil edən qarğıdalı, soya, buğda və s. dənli bitkilər becərilir, yetişdirilir və yem istehsalı üçün xam mala çevrilir.
"Siyəzən Broyler" ASC-nin yem fabriki 2017-ci ilin Sentyabr ayından etibarən yenidən qurulmağa başlandı. Fabrikdə saatda 20 ton yem istehsal gücü olan müasir avadanlıqlar və saatda 10 ton emal gücü olan Ekstruder avadanlığı quraşdırıldı. Müəssisənin ərazisində yem fabrikinin tələbatının ödənməsi və əlavə xammal ehtiyatının saxlanılması üçün 4 ədəd 2000 tonluq silos və hazır yemin saxlanması üçün 8 ədəd 50 tonluq bunkerlər tikildi.
Bütün görülən işlərlə yanaşı "Siyəzən Broyler" ASC yem ehtiyytının artırılması və genişləndirilmiş təsərrüfatda, yetişdirilən, toyuqların qidaya olan təlabatının tam ödənilməsi məqsədilə yerli fermerlər və təsərrüfatçılarla iş birliyinə başlamaq istəyindədir.
Təklif
Payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq, toyuqlar üçün yetişdirilən və istehsal olunan təbii yemin istehsalını daha da gücləndirmək və yem ehtiyatının artırılması məqsədi ilə yerli yem istehsalçıların və təsərrüfatçıların satış təklifləri qəbul olunur.
Təsərrüfatçılardan alınacaq xammala aiddir:
1.Qarğıdalı
2. Soya və yağı
3. Günəbaxan və yağı
4. Buğda
5. Kəpək unu (Bonkalit)
Qeyd:
1. Təkilf olunan xammal, öz laboratoriyamızda, analizlərdən keçdikdən sonra və lazımlı standartları qarşıladıqdan sonra istehsalçıdan alınacaqdır.
2. Əgər təklif olunan xammal və bizim tərəfimizdən nümunə kimi göstərilən xammal arasında keyfiyyət fərqi olarsa, sifariş miqdarı qədər istehsalçıya cərimə tətbiq olunacaqdır.
3. Xammal laborator analizlərdən keçdikdən və bizim ambarlara yığıldıqdan sonra, ödəmə ediləcəkdir.
Diqqət!
Danışıqlar yalnız yerli istehsalçılarla və birbaşa olaraq aparılacaqdır.
Ətraflı məlumat üçün: +9940554004477
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm