
“Yüksək bal toplayan abituriyentlərin sayında ciddi azalma müşahidə olunur” - Açıqlama
12:01 24.05.2019
Arxiv
1107
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 12-də 1-ci və 4-cü ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib. İmtahanda abituriyentlərə 1-ci ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, 4-cü ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib. Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir.
İmtahan nəticələri ilə bağlı "Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, imtahanda iştirak etmiş 32174 abituriyentdən yalnız 1 nəfər 1-ci ixtisas qrupu üzrə ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimal nəticə - 400 bal toplayıb.
Ekspert qeyd edib ki, 4-cü ixtisas qrupu üzrə maksimum bal toplayan abituriyent olmayıb:

"Əvvəlki illərlə müqayisədə görürük ki, maksimum bal toplayan abituriyentlərin sayında bu il ciddi şəkildə azalma müşahidə olunur. Xüsusilə də bu 4-cü ixtisas qrupu üzrə açıq şəkildə görünür. 2018-ci ildə isə 1-ci ixtisas qrupu üzrə yaz imtahanında 2 nəfər, 4-cü ixtisas qrupu üzrə isə 1 nəfər maksimum -700 bal toplayıb. 2018 - ci ildə yaz imtahanında 32139 nəfər iştirak edib. 2017-ci ildə I qrup üzrə 6 nəfər yaz imtahanında maksimum - 700 bal, IV ixtisas qrupu üzrə 2 abituriyent yaz imtahanında maksimum bal yığıb”.
K.Əsədov qeyd edib ki, I və IV ixtisas qruplarında 700 bal toplayan abituriyent olmayacaq:
"Çünki buraxılış imtahanlarında maksimum bal toplayan abituriyent 2 nəfərdir və onlar digər qruplarda imtahanda iştirak edir. Eyni zamanda buraxılış imtahanlarında maksimum balın olmaması 700 balın olmamasına gətirib çıxarır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə