Yunanıstanda 4,3 maqnitudalı zəlzələ olub


Bu gün səhər saatlarında Yunanıstanda zəlzələ olub.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 06.42 radələrində Yunanıstanın Rethymnon bölgəsində 4,3 maqnituldalı zəlzələ baş verib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.