
Zaqatalada Pəri Turacova quduzluğa yoluxub
11:15 24.05.2016
Arxiv
438
Səhiyyə Nazirliyi xəstəliyin qeydə alınması ilə bağlı açıqlama verib

Səhiyyə Nazirliyi Zaqatalada insanda qeydə alınan quduzluq hadisəsi ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, Zaqatalada Pəri Turacovanı aprelin 1-də it dişləyib.
Onun sözlərinə görə, it dişləməsindən sonra qadın xəstəxanaya müraciət etməyib: "Əslində hər hansı bir heyvan dişləməsi olduğu halda insanlar 0-3-5-7-14 gün ərzində quduzluğa qarşı peyvənd olunmalıdırlar. Həmin qadın isə 52 gündən sonra özünü narahat hiss etdikdə xəstəxanaya müraciət edib. Artıq onda quduzluğun əlamətləri üzə çıxıb. Müalicəsi hazırda Zaqatala Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, Mingəçevir və Bakıdan da həkimlər konsilium göndərilib”.
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya bildirib ki, həmin qadını 2 ay əvvəl sağ əlinin ikinci barmağını it dişləyib: "Yara yüngül olduğundan qadın həkimə müraciət etməyib. Yara sağalıb, amma 2 aydan sonra onda quduzluğun əlamətləri baş verib. Əlamətlər sudan, işıqdan, havadan qorxma kimi hallarla başlayır. Qadın hospitallaşdırılsa da, xəstəlik 100 faiz ölümlə nəticələnir”.
R. İsmayılova əlavə edib ki, bu, 2016-cı ildə Azərbaycanda qeydə alınan ilk quduzluq faktıdır: "Ölkədə insanlar arasında quduzluq nadir hallarda, heyvan dişləməsi zamanı həkimə vaxtında müraciət edilmədiyi zaman baş verib. İnsanlar arasında sonuncu dəfə quduzluq hadisəsi 3-4 il öncə qeydə alınmışdı”.
Qeyd edək ki, mayın 22-də rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, onu xeyli vaxt əvvəl yaşadığı kənddə küçə iti dişləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi