"Zəhra və nənəsinin ölümü çox ağır faciədir" - ABŞ səfirliyi
11:44 06.07.2017
Arxiv
671
"Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, Sərvinaz Quliyevanın isə yaralanması on illər ərzində bu münaqişədən zərər çəkən bütün insanların əziyyətləri və ölümləri kimi çox ağır faciədir”.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını şərh edərkən bildirilib.
Səfirlikdən qeyd olunub ki, həmin gün baş verən hadisə bir daha göstərdi ki, hər iki tərəf bir araya gəlməli və münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparmalıdır: "Bu münaqişənin hərbi yolla həlli yoxdur. Məsələni irəli aparan yeganə variant danışıqlar vasitəsi ilə nizamlama yolunu tapmaqdır", - deyə səfirlikdən bildirilib.
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya