“Zəng edəndə acığı tutur ki, sən hansı cəsarətlə məni yığırsan”
14:07 31.10.2017
Arxiv
984
Bu izlədiyiniz maraqlı video rejissor Zəki Bağırovun əl işidir. Zəki Bağırov gənc olmasına baxmayaraq heç kimin dəstəyi olmadan qalmaqallar, çətinliklərlə dolu sənət dağına tək başına dırmanmaqdadır və demək olar ki, bir xeyli yol qət edib. Qısametrajlı filmləri ilə maraq doğuran rejissor bu filmlərdə eyni zamanda maarifləndirir, insan duyğularına güzgü tutur.
Bariz misal olaraq təqdim edəcəyimiz "Səssiz addımlar” filmi gözlənilməz sonluğu ilə tamaşaçını təəccübləndirməyi bacarır.
Bizim Yol.info saytına müsahibə verən Zəki Bağırov bu gün kino aləmində baş verən maraqlı məqamlardan söz açıb, Azərbaycan kinosunun problemlərinə diqqət çəkib.
"Əslində mən gənc aktyor və aktrisalarla işləmək istəyirəm. Çünki, bir gənc rejissor olaraq mənə də heç kim əl uzatmayıb. Gənclərə kömək etmək lazımdır. Onların çox gözəl ideyalar olur. Bizdə belə bir xüsusiyyət var də. Hər hansı bir serialda iki – üç bölümə çəkilən bir aktyor artıq bir neçə gündən sonra avtobusa, metroya girmir ki, mən məşhuram. Bəzi xalq artistləri, əməkdar artistlər, yəni üzdə olan aktyorlar var ki, onlara zəng edəndə elə bir reaksiya ilə qarşılşaırsan ki, mat qalırsan. Zəng edəndə acığı tutur ki, sən hansı cəsarətlə mənə zəng etmisən, mən çox böyük aktyoram. Kaprizi olan aktyor və aktrisalarla əsla işləmək istəmirəm. İnsanın ürəyində sənət sevgisi olmalıdır. Bəzi aktyorlar çəkiliş meydançasına gəlir rolu oynayıb çıxır, bəziləri isə o rolu yaşayır, hətta bir neçə gün yaratdığı obrazın təsirindən çıxa bilmir. Mən rejissor olaraq bir aktyoru filmə dəvət edəndə onu o obrazda görürəm, onun xarakterinə uyğun olub- olmadığını bilirəm. Fikirlərimi söyləyirəm təbii ki. Lakin aktyor da öz imrovizələrini eləməli, özündən , öz xarakterinddən çalarlar qatmalıdır obrazına. Belə olmasa obraz canlı alınmaz. Süni görünər.
Canlı yayımda izləyicilərimizin suallarını cavablandıran rejissora tamaşaçılar tərfindən maraqlı bir sual ünvanlandrıldı
– Nə üçün Qarabağ müharibəsi barəsində film çəkilmir?
– Artıq atamla birlikdə Qarabağ müharibəsinə dair ssenari üzərində işləyirik. Lakin bu çox çətin, böyük maliyyə ən vacibi də güclü araşdırma tələb edən bir işdir.Bunun üçün hələ özümü tam hazır hiss etmirəm, lakin bu mütləq olunmalıdır. Müharibə janrında çəkilən filmlər böyük maliyyə tələb edir. Eyni zamanda belə film böyük məsuliyyət və bilgi tələb edir.
-Bu gün Azərbaycanda çəkilən serialların keyfiyyəti sizi qane edirmi?
-Çoxunun keyfiyyəti qane etmir.Yaxşı iş ortaya qoymaq üçün yaxşı pul ayrılmalıdır. Sponsorlar bilməlidir ki, bura qoyulan xərci artıqlaması ilə götürmək mümkündür.
-Hollivud filmlərində aktyorların çox maraqlı qrimlərlə gəncləşdirilməsini, qocaldılmasını görürük. Bunu Azərbaycanda da bacarırlarmı?
– Bunun üçün xüsui kompüter proqramlarından istifadə olunur. Yəni gördüyünüz o heyranedici qrim və effektlər hamısı montaj prossesində xüsusi proqramlarla həyata keçirilir.
– Sizcə Koroqlu filmini də Hollivudun "Cəsur ürək” filmi kimi çəkib dünyaya təqdim etmək olarmı?
– Məncə hər bir uğur qazanmış Azərbaycan filminin yenidən işləyib təqdim etmək olar. Məsələn nədən "Dədə Qorqud -2019” çəkilməsin, "Koroğlu -2020” ekranlara buraxılmasın. Bizim Azərbaycanda da bunu edəcək qüvvədə rejissor və aktyorlar var. Sadəcə daha güclü maliyyə ayrılmalıdır ki, ortaya çox keyfiyyətli ekran əsəri çıxsın. Hollivud filmlərinə milyon dollarlar sərf edilir. Bizdə bundan söhbət getmir. Mənim kimi bir rejissor üçün filmimin təqdimatna lazım olan 6-8 min manat özü belə böyük puldur.Yəni sponsor dəstəyi olarsa mümkündür.
-Hazıda nə üzərində işləyirsiniz?
– Qarışıq bir janrda film çəkmək niyyətim var.Döyüş, komediya həyəcan,. İzləyici bu filmdə hər şey görəcək.Son dövrlər komediya janrında filmlər çoxdur. İstəyirəm mənim təqdim edəcəyim film bir qədər fərqlənsin, izləyiciyə yeni bir həyəcan verim.
Zəki Bağırovla videomüsahibəni təqdim edirik:
Söhbət etdi:İlhamə Rəsulova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə