Bakının bir hissəsində qaz olmayacaq


Səhər saat 10:00-dan Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsində 15000 istehlakçının qaz təchizatı dayandırılacaq.


 "Azəriqaz" İstehsalat Birliyi xəbər verir ki, bu, əsasən N.İsmayılov prospekti, Z.Bünyadov və Ş.Kamilov küçələrini əhatə edəcək.

Təchizatın dayandrılması "Bakıxanov" Qaz Paylayıcı Stansiyasında aparılacaq bəzi yenidənqurma işləri ilə bağlıdır.