Səidə Qocamanlı: “Uşağı övladlığa götürüb əməyini istismar edirlər və onu qul kimi işlədirlər. Amma həqiqətən də səmimi qəlbdən uşaq sevən insanların övlad sahibi olmaq arzusu yaxşı haldır”
“Ölkəmizdə uşaqlar xarici vətəndaşlara övladlığa verilən zaman dövlətimiz bunu ciddi nəzarət altında saxlamalıdır”
Ölkəmizdə övladlığa götürmədə yeni idarəetmə modeli yaradılır. Prezidentin yeni fərmanı ilə DOST xidmətləri sırasına övladlığa götürmə üzrə xidmətlər əlavə edilib.
Övladlığa götürmə sahəsində mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalar və övladlığa götürülən uşaqların maraq və mənafelərinin prioritetliyi əsasında yeni idarəetmə modeli işlənir.
Övladlığa götürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığa götürmənin ləğvini tələb etmək, Azərbaycan vətəndaşı olan uşaqları əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək fərmanla agentliyin vəzifə və hüquqları sırasına əlavə edilir.
Yeni fərmanı müsbət dəyərləndirdiyini deyən hüquq müdafiəçisi Səidə Qocamanlı “Sherg.az”a bildirdi ki, isti ev, ailə tərbiyəsi və valideyn qucağının olması uşağın sağlam böyüməsində və gələcəkdə daha da inkişaf etməsində mühüm amillərdir:
“Uşaq evlərinin əleyhinə deyiləm. Əlbəttə, uşaq evlərində çox dəyənətli və mehriban insanlar işləyir. Amma hər halda ailə başqadır. Lakin uşağı başqalarına təhvil verərkən ilk növbədə valideyn olmaq istəyən insanların özlərini müəyyən yoxlamalardan keçirmək lazımdır. Bu yoxlamalar həm psixoloji cəhətdən, həm də onların uşağa olan səmimi münasibəti baxımından olmalıdır. Çünki uşaq bir şəxsiyyətdir. Bəzən deyirik ki, “uşaqdır və ağlı heç nə kəsmir”.
Xeyr, bu, belə deyil. Uşağın şəxsiyyət kimi böyüməsində valideynin böyük rolu olmalıdır. Ona görə də valideyn olmaq istəyən insanları psixoloji cəhətdən yoxlamaq, həmçinin onların maddi durumunu bilmək çox vacibdir. Etiraf edək ki, son zamanlar hətta xarici ölkələrdə belə uşağı övladlığa götürüb əməyini istismar edirlər və onu qul kimi işlədirlər. Amma həqiqətən də səmimi qəlbdən uşaq sevən insanların övlad sahibi olmaq arzusu yaxşı haldır”.
S.Qocamanlı qeyd edib ki, ölkəmizdə uşaqlar xarici vətəndaşlara övladlığa verilən zaman dövlətimiz bunu ciddi nəzarət altında saxlamalıdır:
“Həmin uşağın gələcəyi, onun necə yaşaması və böyüməsi, hansı mühitdə olması çox vacibdir. Övladlıq götürmək istəyən insanlarla müqavilə bağlayanda mütləq dövlətimiz də öz şərtlərini qoymalıdır. Azərbaycan tərəfi bildirməlidir ki, övladlığa götürüləcək uşaq bizim vətəndaşımızdır, amma biz onu daim nəzarətdə saxlayacağıq. Yəni, dövlətimiz vətəndaşına olan diqqətini azaltmayacaq. Bəlkə sabah həmin valideynləri uşağı çölə atacaqlar? O qədər belə hallarla rastlaşmışıq ki...
Amerikada və Avropa ölkələrində belə hadisələr çox yaşanıb. Ona görə də gərək müəyyən yaşa kimi dövlətimiz həmin uşağın taleyini nəzarət altında saxlasın. Prezidentin bu sahədə yeni fərmanını və dəyişiklikləri müsbət hesab edirəm. Çünki atılmış uşaqlarımızın hər birinin isti ocağa ehtiyacı var”.
İsti ocaq, ailə tərbiyəsi, valideyn qucağı... - Ailə bambaşqadı
15:53 23.07.2019
Cəmiyyət
2041
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi Zelenski ilə görüşüb
19:52 09.01.2025
Siyasət
Final oyunu bu stadionda keçiriləcək
19:38 09.01.2025
İdman
Üzlər güldü: Ərdoğanla Baxçalının qapalı görüşü başa çatıb
19:34 09.01.2025
Gündəm
Trampın Ukrayna ilə bağlı planı yoxdur - Polşa
19:25 09.01.2025
Dünya
Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
19:19 09.01.2025
Cəmiyyət
1051-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
19:06 09.01.2025
Hərbi
Sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR
18:59 09.01.2025
Ölkə
Fransalı deputat "X" sosial şəbəkəsindən şikayət edib
18:54 09.01.2025
Dünya
Tramp məlum paylaşımı ilə Netanyahunu hədəf almayıb - ŞƏRH
18:51 09.01.2025
Gündəm
“İşte benim stilim” ekranlara qayıdır
18:49 09.01.2025
Şou
Mingəçevirdə eşidilən partlayışın səbəbi - AÇIQLAMA
18:44 09.01.2025
Cəmiyyət
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub
18:40 09.01.2025
Hadisə
Saakaşvili Trampın planı barədə: Putinə görə belə edir
18:36 09.01.2025
Gündəm
Paşinyan Əhmədianla nələri müzakirə edib?
18:31 09.01.2025
Region
Böyük Britaniya Ukraynaya 30 min ədəd PUA göndərəcək
18:27 09.01.2025
Hərbi
İcma Paşinyana çağırırış edib -Bəyanat
18:23 09.01.2025
Gündəm
Koşta: Aİ Azərbaycanın mövqeyini dəstəkləyir
18:22 09.01.2025
Siyasət
Ukrayna müharibəsi apreldə bitə bilər – Britaniya XİN
18:11 09.01.2025
Dünya
Aİ lideri Antonio Koşta Azərbaycan Prezidentinə zəng edib
18:05 09.01.2025
Gündəm
Müharibəni bitirmək üçün mümkün olan hər şeyi edirəm -Zelenski
17:53 09.01.2025
Dünya
Şirvanda məktəbli qız vəfat edib
17:46 09.01.2025
Hadisə
Amerikada ilin gözəli seçildi - FOTO
17:34 09.01.2025
Şou