Azərbaycanda yaşayış sahələrinin özəlləşdirilməsi qaydası müəyyənləşdi


Azərbaycanda yaşayış sahələrinin özəlləşdirilməsi qaydası müəyyənləşib.
APA -nın məlumatına görə, Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Belə ki, Mənzil Məcəlləsinə yeni 146.4-cü maddə əlavə edilib. Yeni maddəyə əsasən, Dövlət Mənzil Fondunun bu məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.
Qeyd edək ki, məcəllənin 146.1-ci maddəsi belədir: Bu məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 1993-cü il yanvarın 26-dakı qanuna əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.