Xırdalanda qanunsuz tikintinin qarşısı alındı

Dünən Lent.az saytında oxucuların şikayətinə əsasən hazırlanan mövzuda göstərilən problem öz həllini tapıb.
Belə ki, Abşeron rayon Xırdalan Şəhəri ərazisində avtobus dayanacağının yerində bina tikilməsi ilə bağlı redaksiyamıza şikayət daxil olmuşdu. Sakinlər avtobus dayanacağındakı səkinin söküldüyünü, yerində bina tikilməsi üçün qazılan katlavandan narahatçılıqlarını bildirmişdilər.
Həmin şikayət əsasında Xırdalan Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov ilə əlaqə saxlamışdıq.
Qurumdan bildirilmişdi ki, sakinlərin narahatçılığına səbəb olan məsələ ilə bağlı sözü gedən əraziyə əraziyə baxış keçirilib müvafiq tədbirlər görüləcək.
Təqdirə layiq haldır ki, səlahiyyətli orqanlar həmin əraziyə baş çəkib, orada tikinti üçün qazılmış böyük katlavan doldurulub.
Qeyd edək ki, Xırdalan şəhər sakinləri bu gün redaksiyaya zəng vuraraq problemin həlli olunduğu üçün öz təşəkkürlərini bildiriblər.