İcra başçısının oğlunun təyinatı ilə bağlı yayılan məlumat yalandır - RƏSMİ

Bakı şəhər Baş Polis İdarəsi Füzuli Rayon İcra Hakimiyyətininbaşçısının oğlunun rəis təyin edilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az -a açıqlamasında bildirib ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə rəis müavini vəzifəsinə təyin olunması ilə bağlı mətbuatda yayılan məlumat həqiqəti əks etdirmir:
“Həmin şöbəyə hər hansı bir təyinat olmayıb”.