"Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri saxlanılıb

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir B. İstanbulda saxlanılıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Mahir B. barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladıb.
Mahir B. Baş Prokurorluğun təlimatı əsasında saxlanılaraq polis idarəsinə aparılıb.
“Sputnik” əməkdaşı barəsində istintaq davam edir.